Kristian Eriksenin “İnter”də işləri qaydasında getmir.
Avropa çempionatında Finlandiya ilə oyunda ürəyindəki problemlərə görə huşunu itirən danimarkalı futbolçu həmin vaxtdan etibarən meydana çıxa bilmir. Məsələ ondadır ki, İtaliyada Eriksenə həttə məşq etməyə belə qadağa qoyublar. Formada qalmaq üçün 29 yaşlı futbolçuya yalnız Danimarkada məşq etməyə icazə veriblər. Məhz bu səbəbdən “İnter” futbolçusunu transferə çıxarmağı planlaşdırır.